Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Xoruldamaq ölümə səbəb olur

İnsanların 45 faizi yatdığı zaman xoruldayır. Aparılan müşahidələr zamanı məlum olub ki, xoruldama problemi ilə ən çox kişilər qarşılaşır. Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla görünən müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində də yarana bilir. Dar, uzun və ya çox ətli damağı olan insanlar hər zaman xoruldayırlar. Xoruldayan insanlar hər zaman yüksək təzyiqin olmasından şikayətlənirlər. Xoruldama nəfəs kəsilməsi xəstəliyi ilə nəticələnə bilər.
Xorultu çox zaman çəkisi artıq olan insanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq məsləhət görülür. Xoruldama bədənin istirahət etmə müddətini azaldır. Çünki xorultu insanları dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən istirahət isə mümkün deyil. Xoruldamaq ailə həyatını da təhlükə qarşısında qoyur.
1756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber