Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2015

Hərbi Məhkəmənin qarşısında əsgər anasının fəryadı

FHN–nin hərbi hissəsində dünyasını dəyişmiş Tapdıq Babaşovun yaxınları məhkəmənin qarşısında aksiya keçirtdi

Kifayət Süleymanova: “Oğlum “dedovşina“nın qurbanı oldu; Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıb gedir…”

Bu ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsindədünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun yaxınları Bakı Hərbi Məhkəməsininqarşısında aksiya keçirib. Mərhumun anası Kifayət Süleymanova və digərqohumları əllərində Tapdıq Babaşovun şəkillərini qaldıraraq, hökumətdən əsgərölümlərinin qarşısını almağı, bu cinayətləri törədənlərin ağır cəzalandırılmasını tələbediblər. Aksiya iştirakçıları eyni zamanda, ölkədə əsgər ölümlərinin artdığınıvurğulayıblar.

“O adamlar dar ağacından asılmalıdır“

Oğlunun “dedovşina“nın qurbanı olduğunu bəyan edən Kifayət Süleymanova dövlətbaşçısı İlham Əliyevə üz tutub:

“Mənim oğlum Azərbaycanda dedovşinaya qarşı döyüşərkən, əsgərlərin hüquqlarınımüdafiə etməyə çalışarkən şəhid oldu. Şəhidlər ölmür, mənim oğlum ölməyib.Ölənlər o iyrənc çavuşlar, onların acgöz komandirləri, harınlamış generallarıdır. Bugün biz Hərbi Prokurorluqda tapmadığımız ədaləti Hərbi Məhkəmədə axtarırıq.Oğlumun qatili düzgün tapılıb üzə çıxarılmalıdır. Mən buradan Azərbaycanprezidentinə müraciət edirəm. Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıbgedir. Əsgər ölümünə son qoymaq lazımdır. Elə bu gün, bu dəqiqə yeni qanunlarimzalanmalıdır. Əsgərləri öldürən canilər Vətən xainidir, belə də adlandırılmalıdır. Oadamlara ömürlük həbs cəzası verilməlidir, dar ağacından asılmalıdır. O zamananaların ürəyi bir az sakitləşər“.

Qeyd edək ki, Tapdıq Babaşov Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızıdiplomla bitirib. Uşaq yaşlarında atasını itirən Tapdıq Babaşov evin yeganə oğluidi…

“Qorxudan həqiqəti demədiniz…”

Aksiyadan sonra Tapdıq Babaşovun ölümü, eləcə də hərbi hissədə 50 nəfər əsgərinişgəncəyə məruz qalması ilə bağlı məhkəmə iclası keçirilib. Bu işə Bakı HərbiMəhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə baxılır.

Bu cinayət işi üzrə təqsirləndirilən qismində məhkəmə qarşısına üç nəfər – Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb ki, onlar da həmin hərbihissənin əsgərləri olub. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə vəya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçulararasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələriləittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, onlar digər əsgərləridöyüblər, təhqir ediblər, bu hərəkətlərilə Tapdıq Babaşovu intihar həddinəçatdırıblar.

Qeyd edək ki, Biləcəridəki sözügedən hərbi hissənin 50 əsgəri də zərərçəkmişqismində tanınıb. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər hərbi hissədəonları döyüb, təhqir edib.

Məhkəmə iclası başlamamışdan əvvəl zalda Kifayət Süleymanova zərərçəkmişəsgərlərə üz tutaraq, onlardan Tapdıq Babaşovun ölümü üzrə araşdırmalar zamanıçəkinərək yalan danışmaqda qınadı. Bildirdi ki, Tapdıq Babaşov məhz“dedovşina“nın aradan qaldırılması, digər əsgərlərin işgəncəyə məruz qalmamasıüçün özünü qurban verdi: “Sizlərin sağ qalması üçün mənim oğlum şəhid oldu,amma siz həqiqəti dandınız. Qorxudan ancaq döyülməyinizi boynunuza aldınız.Qorxan adam vətəni necə qoruya bilər? Vicdanınız oyansın, düzünü deyin ki,Tapdığı orada necə öldürüblər“.

Məhkəmə iclası qısa olub. Təqsirləndirilən şəxslərdən Elməddin Babayevin vəkiliRəhim Qurbanov müdafiə prosesinə yeni qoşulduğundan iş materialları ilə tanışolmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən də məhkəmə yanvarın 11-nəqədər təxirə salınıb.

Xatırladaq ki, Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki H saylı hərbi hissədənaməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünühərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib.

“Oğlumu öldürüb üçüncü mərtəbədən atıblar“

Məhkəmə iclasından sonra mediaya açıqlama verən zərərçəkmiş KifayətSüleymanova bir daha vurğulayıb ki, oğlu intihar etməyib, onu öldürüb üçüncümərtəbədən atıblar: “Əlimizdə bunu təsdiqləyən faktlar, sübutlar var. Onları vəsatətşəklində prokurorluğa göndərirdik, rədd cavabı verib üstümüzə qaytardılar“.

Zərərçəkmiş əlavə edib ki, yerli məhkəmələr ədalətli qərar çıxarmasalar, AvropaMəhkəməsinə üz tatacaq: “Nə olursa olsun, bu işi belə qoymayacam. Mən HərbiProkurorluqda ədalət görmədim. Məni inandırdılar ki, bu işə düzgün baxılacaq,onlara inandım. Amma məni aldatdılar…”

1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber