Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2015

Manat hər gün dəyər itkisinə məruz qalır

Hüquq-mühafizə orqanları «qara bazar»ı nədən görməzliyə vurur?

Bir ilin içində baş verən ikinci devalvasiyadan sonrakı günlərdə manat dollar qarşısında hər gün ucuzlaşmaqda davam edir. Əhali və şirkətlər manatı sataraq dollar alır. “Marca” Bloomberg məzənnələr sisteminə istinadən xəbər verir ki, dünən USD/AZN məzənnəsi 1,5775 manat səviyyəsini görüb. Bu,1 dekabr devalvasiya günündəki 1,55 səviyyəsi ilə müqayisədə 1,8 faiz yüksəkdir.

Hazırda sistemdə olan məlumata görə, 1 dollar 1.5709 manata bərabərdir.

Mərkəzi Bankın ötən gün açıqladığı məzənnəyə görə, 1 ABŞ dolları 1,5561 manata bərabərdir. Bu səviyyə isə 21 dekabr devalvasiya günündəki 1,55 səviyyəsi ilə müqayisədə 0,4 faiz yüksəkdir.ÿ

Mərkəzi Bank devalvasiyadan sonrakı günlərdə 300 milyondan çox vəsait itirib. Əhali panik bir durumdadır və dolların daha da yüksələcəyi qorxusuyla imkan daxilində manatı dollara çevirməyə çalışır. Bugünlərdə formalaşan “qara bazar”ın isə qarşısını almağa heç bir maneə yoxdur. Valyutadəyişmə məntəqələrində dollar tapılmır, insanlar ajiotaj içindədir. Belə bir vəziyyət manata nə vəd edir?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, “qara bazar”ın birdən-birə meydana çıxması əslində, gözlənilən idi. Ekspertə görə bu məsələylə hüquq-mühafizə orqanları mütləq məşğul olmalıdır:

“Dolların 2 manatı keçməsi və sonradan aşağı həddə düşməsi bu istiqamətdə işlərin aparılmasını zəruri edir. ”Qara bazar”ın birdən-birə yaranması və onun dolları hardan alması sualı mütləq araşdırılmalıdır. Bu məsələ ciddi məsələdir və hökumət təcili bir tədbir görməlidir. Tədbir görülməsə, iqtisadiyyata çox böyük zərbə olacaq”.
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber