Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2015

Böhran hökumətinin böhranlı mövqeyi

AXCP sədrinin əsaslı təkliflərinə YAP-çı deputatdan biabırçı reaksiya

Hər gün vəziyyət daha da pisləşir və hökumətin heç bir adekvat addımı hiss olunmur. Bütün komanda oturub, neftin qiymətinin qalxmasını gözləyir. Cəmiyyətə heç bir normal izahat verilmir, anti-böhran proqramı yoxdur, hətta qiymət artımının qarşısı da alınmır.

Belə bir vaxtda AXCP sədri Əli Kərimli geniş yazı yazdı və böhrandan çıxış yollarını göstərdi. Əli Kərimli yazdı ki, dərhal və inzibati qaydada korrupsiya və rüşvətxorluq dayandırılmalı,idxalda və ixracda inhisarçılıq ləğv edilməli, zəhmətlə işləyib öz gündəlik qazancını təmin edən milyonlarla vətəndaşın sosial-iqtisadi böhrandan ziyan görməməsi üçün konkret tədbirlər görülməli, sahibkarlığın inkişafı anti-böhran proqramının mühüm tərkib hissəsi olmalı, sürətlə vergi islahatı həyata keçirilməli, ölkədə daxili istehsalın inkişafı təmin olunmalı, iqtisadiyyatın idxaldan asılılığı minumuma endirilməli, kənd təsərrüfatının təcili dirçəldilməsi hökumətin anti-böhran prioritetlərindən olmalı, yanacağın qiyməti dərhal və əhəmiyyətli şəkildə aşağı salınmalıdır və s.

Normal düşüncəyə malik olan istənilən insan bu sadalananları alqışlamalıdır. Çünki, güclü istisadiyyata malik olmaq üçün bu prinsiplərin reallaşdırılması zəruridir.

Amma anti-xalq hakimiyyəti üçün belə təkliflər maraqlı deyil. Ona görə də YAP-çı deputat Siyavuş Novruzov Əli Kərimlinin təkliflərinə belə münasibət bildirib: “Bu adam heç vaxt öz fikrini demir. Ona nə tapşırırlarsa, onu deməklə məşğuldur. Dolların qalxması ilə əlaqədar milli valyutaların ucuzlaşması bütün dünyada baş verir. Çində, Türkiyədə, Rusiyada, Qazaxıstanda və digər ölkələrdə milli valyutalar devalvasiyaya uğradı. Bu, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədardır. Əli Kərimlinin dediklərinin heç bir məntiqi yoxdur”.

Göründüyü kimi YAP-çı deputat Əli Kərimlinin sadaladığı bəndlərin heç birinə cavab verə bilməyib. Sadəcə olaraq 22 ildir əzbərlədiyi sözləri təkrarlayıb.

Bu adama “YAP-ın siması” dedilər, cibinə mandat qoydular, jurnalistlərə müsahibə verdi və elə başa düşdü ki, hər şeydən danışa bilər. Cənab Novruzov, axı bu məsələlərə münasibət bildirmək sənlik deyil. Bu sənin çapında olan mövzu deyil. Bir dəfə “Molotov kokteyli”nə münasibət bildirmək istədi, könlünə kotlet düşdü. Indi də Əli Kərimli iqtisadiyyatın təməl şərtlərini sadalayır, bu isə “məntiqsiz sözlərdi” cavabını verir.

Belə çıxır ki, korrupsiyanın kökünün kəsilməsi, monopoliyanın ləğvi, azad sahibkarlığa şərait yaratmaq, kənd təsərrüfatını dirçəltmək, yanacağın qiymətini aşağı salmaq, vergi sistemində şəffaflıq yaratmaq məntiqsizlikdir. Bəli, Əli Kərimli məhz bu məqamlara toxunub, əsrimizin Siyavuşu isə bunun əleyhinədir.

Həmişəki kimi camaatı aldatmaq istəyirlər ki, neft qiymətdən düşüb və başqa ölkələr də bizim günümüzdədir. Çünki, məsələnin əsas tərəfləri açılması, bugünə qədər hakimiyyətin yalnız oğurluqla məşğul olduğunun ortaya çıxması, hökumətə sərf etmir.

Məsələ burasındadır ki, 8 gündür ikinci devalvasiya baş verib, müxtəlif versiyalar səslənir və heç kim baş verənlərə münasibət bildirmir. Amma Əli Kərimli böhrandan çıxış yollarını göstərir və dərhal Siyavuşlar sinəsini qabağa verir.

Hansıki, Siyavuş Novruzov Əli Kərimlinin əsaslı təkliflərinə etiraz etməkdənsə, Eldar Ibrahimovun “Inşallah neft qalxar, vəziyyət düzələr” fikrinə münasibət bildirməlidir.

Bəli, YAP komandası neftin qiymətinin qalxması üçün dua edir. Əli Kərimli də deyir ki, çıxış yolu xəyallar qurmaqdan yox, real addımlar atmaqdan keçir.

Göründüyü kimi hökumət hətta ən ağır məqamda da cəmiyyətin maariflənməsinin, real addımların atılmasının əleyhinədir. Siyavuşlar isə o qədər qəlibə salınıb ki, müxalifətin nə deməsindən asılı olmayaraq eyni reaksiyanı verirlər.

Yaxşı olar ki, YAP-çı deputat məişət məsələrinə münasibət bildirsin. Məsələn, milli xörəklərimizdən hansı dadlıdır, novruz bayramında papaq atmaq düzgündürmü və digər belə suallara cavab versin. Əli Kərimli dövlətin taleyi üçün mühüm olan məqamlara toxunub ki, bu da Siyavuş Novruzovun girəcəyi məsələ deyil. Yazığı qabağa verib, biabır eləyirlər.

Samir
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17