Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Balaqardaş Kazımovdan tikinti yığması

Azərbaycanda korrupsiya və rüşvətin geniş yayıldığı və rəsmi qurumlar tərəfindən belə bunun təsdiqlənməsi artıq sıradan bir hal kimi qarşılanır. Tia-nın bununla bağlı apardığı araşdırmalar nəticəsində isə daha bir rayonda dəhşətli rəqəmlərlə ifadə olunan korrupsiya halının üstü açılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Biləsuvar rayon təhsil şöbəsinə ayrılmış yüz minlərlə manat vəsait müxtəlif adlar altında ya silinib, ya da şişirdilmiş formada göstərilib. Belə ki, Balaqardaş Kazımovun rəhbərlik etdiyi rayon təhsilində rüşvət dizə çıxıb. Bu azmış kimi, büdcə pullarını silmək üçün də külli miqdarda vəsaiti «yoxa» çıxarılıb.

Həmin araşdırmalara görə, təkcə bu il ərzində Biləsuvar Təhsil Şöbəsinin xətti ilə bir sıra pullar ayrılıb. Təhsil Nazirliyinin Biləsuvar Təhsi şöbəsinə «Digər maşın və avadanlıqların alınması» maddəsi 60809 manat pul ayrılıb. Həmin alış işlərini isə «Marşal-N» MMC həyata keçirib.

Bundan başqa, qeyd olunan quruma Biləsuvarın Səmədabad kənd orta məktəbinin təmir işlərinin satın alınması məsqəsdi ilə «Elmar-H» MMC-yə 103 988,42 manat vəsait ayrılıb.

Eyni proses təhsil şöbəsi üçün yumuşaq inventarların alınması ( «Səma-MM» MMC) məqsədi ilə 4991 manat, «avadanlıqların satın alınması» üçün «Corrado» MM-yə 51320,92 manat, «Bərk inventarların alınması» üçün «Legenda-Co» MMC-yə 299 460 manat, rayonun Səmədabad orta məktəbinin təmir işlərinin alınması üçün isə «Elmar-H» MMC-yə 103988,42 manat pul ayrılıb.

Bu rəqəmlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, Biləsuvar rayonunda korrupsiya artıq dizə çıxıb. Həmçinin buradakı rəqəmlərin bir çoxu məqsədli şəkildə şişirdilib ki, büdcədən ayrılmış pulları asanlıqla mənimsəmək mümkün olsun. Məsələn, Səmədabad kənd orta məktəbinin təmir işləri altında ayrılmış pulun yarısı təhsil şöbəsinin müdirinə çatıb. Qalanı da tikintiyə sərf olunub ki, işin də ala-yarımçıq olduğunu uzaqdan belə görmək mümkündür.

Onu da bildirək ki, bu hələ üzə çıxanların bir qismidi.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber