Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

İrandan ABŞ gəmisinin Hörmüzdən keçməsinə sərt reaksiya

İŞİD-lə mübarizə üçün Fars körfəzinə üzən ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçən zaman, İran raketlərdən döyüş atışı təliminə başlayıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə NBC telekanalına amerikalı hərbçilər bildirib.

Qeyd edək ki, Hörmüz boğazının və Fars körfəzinin şimal hissəsi İranın ərazi sularına daxildir.

Amerikalı hərbçilərin məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya hissələri ABŞ hərbi gəmisinə çox yaxın məsafədə -1,5 kilometrliyində raketlərdən döyüş atışı həyata keçirməyə başlayıb. Məlumata görə, döyüş atışı təlimi rayonunda həmçinin ABŞ-ın “Buckley” eskadra mina gəmisi (esmines), Fransaya məxsus freqat gəmisi və bir neçə kommersiya gəmiləri olub.

Telekanalın məlumatına görə, ABŞ gəmiləri “beynəlxalq səviyyədə qəbul edilmiş dəniz dəhlizin”dən keçərkən İran Hərbi-Dəniz Qüvvələri radio ilə onlara döyüş atışı təliminə başlamaq qərarını elan edib. Xəbərdarlıq edildikdən sonra bir neçə idarəolunmayan raket atışı həyata keçirilib. NBC telekanalı xüsusilə qeyd edir ki, “raketlər gəmilərə tərəf yox, qarşı istiqamətə atılıb və nə ABŞ, nədə ki, digər gəmilər, İran raketlərinin hədəfi olmayıb”.

Buna baxmayaraq, ABŞ İranın raketlərdən döyüş atışını çox təhlükəli qiymətləndirib./apa/
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber