Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Rusiya və Aİ-dən Türkiyəyə gedən turistlərin sayı kəskin azalıb

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin 11 ayı ərzində ölkəyə Rusiya və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında kəskin azalmanın müşahidə edildiyini bildirib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumatda Yaponiyadan olan turistlərin sayının 37%, İtaliyadan 26%, Rusiya və Fransadan (hər birindən) 18%, İspaniyadan 15% azaldığı bildirilir.

Lakin Türkiyəyə gələn Fars körfəzi ölkələri və İraqdan olan turistlərin sayında 30% artım səbəbindən kəskin fərq əmələ gəlməyib. Ümumilikdə, 2015-ci ilin 11 ayı ərzində Türkiyəyə 34,8 mln. turist gəlib
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21