Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Vətəndaş deputata görə özünü yandıracaq

Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər

Gəncə şəhər sakini Sucəddin Əliyev deputat Ağalar Vəliyevin əlindən özünü Prezident Admnistrasiyasının qarşısında yandıracağını bəyan edib. Bu barədə Bakunyuz saytı məlumat yayıb. 

Məlumatda vurğulanır ki, Ağalar Vəliyevin köməkçisi kimi özünü təqdim edən Duman adlı şəxs Sucəddin Əliyevin oğlu Əli Əliyevdən tikinti məqsədi ilə ağlay daşları alıb. «Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də pulu ödəməyib və bundan imtina edib. Hər dəfə ondan pulumuzu tələb etdikdə bizi hədələyərək, şantaj edəcəyini bildirir». 

Şikayətçi daha sonra qeyd edir ki, Duman adlı şəxslə həmin vaxtdan sonra əlaqə saxlaya bilməyiblər. Buna səbəb isə onun telefonlarını bağlamasıdır. Sucəddin Əliyev vurğulayır ki, onların gəldiyi qənaət budur ki, Ağalar Vəliyevlə Duman adlı köməkçisinin mövqeyi üst-üstə düşür. «Axı, necə mümkündür ki, köməkçi məsələdən xəbərdardır, lakin deputat hər hansı bir reaksiya vermir? Həmçinin o da şübhəlidir ki, bütün məsələlər Bayram adlı köməkçinin də yanında olub, deputatın isə adı hallanır, amma yenə də heç bir fikir bildirilmir?»

Sucəddin Əliyev sonda qeyd edib ki, bütün bunlar deputat Ağalar Vəliyevin sözünün üstündə durmamasının məntiqi nəticəsidir. «Prezident Admnistrasiyasının qarşısında məhz deputat Ağalar Vəliyevə görə, özümü yandırmağa qərar vermişəm. Artıq borclu olduğumuz adamların üzünə çıxa bilmirik. Bu utancdan çıxmağın tək yolunu bunda görürəm»./jam/





1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15