Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

İcra başçısının köməkçisi intihar etdi

İki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun hansı səbəbdən özünü asdığı məlum deyil

Masallının icra başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etdiyinə dair xəbər yayılıb. Sadıxov dünən özünü asaraq, öldürüb.

İlkin Ağayev adlı istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dünən dəfn olunub. Lakin bu barədə heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, Elşən Sadıxovun iki aydın evli olduğu bildirilir. Onun hansı səbəbdən intihar etdiyi isə məlum deyil.

**

Aldığımız son məlumatlara görə, intihar edən icra başçısının köməkçisi Masallı rayonunun Kolatan kəndindəndir. Bir neçə mənbələrlə əlaqə saxladıq və onlar məlumatı təsdiq etdilər. Lakin mənbələr intiharın konkret olaraq hansı səbəbdən baş verdiyi barədə heç bir bilgi verməyiblər./jam/
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber