Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Fuə və Kəfərya əhalisi Livanda belə qarşılandı - FOTOLAR

İdlib əyalətinin əhalisi şiə olan Fuə və Kəfərya əhalisindən olan 300-dən çox şəxs Türkiyə üzərindən Beyruta daxil olub. Onlar buradan Dəməşqə gediblər.
Nuraz.in-in Fars News agentliyinə istinadlı məlumatına əsasən, Livanın cənubunun əhalisi və xüsusilə Beyrutun cənub hissəsinin əhalisi qonaqların qarşılanması üçün Beyrut aeroportunun qarşısında bayram keçirmişlər.
Qonaqların 7 nəfəri istisna olmaqla, hamısı yaralıdır.
Ötən gün Suriya ordusu ilə terrorçular arasında atəşkəs razılaşmasına əsasən, Zəbədani şəhərində Hizbullahın mühasirəsində olan terrorçular və yaralılar Türkiyəyə getmiş və qarşılıq olaraq, terrorçuların mühasirəsində olan Fuə və Kəfərya əhalisindən 370 nəfər Türkiyəyə, oradan isə Livana, sonda isə Dəməşqə yola düşmüşlər.
Fuə və Kəfərya şəhərləri Ceyş əl-fəth terrorçu koalisiyası tərəfindən ötən 10 ay müddətində mühasirədə idi. Ceyş əl-Fəth koalisiyası ən-Nüsrə cəbhəsi, Əhrar əş-Şam və bir neçə başqa terror qruplaşmasının koalisiyasıdır.
Ceyş ən-Nüsrə terror koalisiyası Səudiyyə Ərəbistanından çox Türkiyənin dəstəyindən faydalanır. Bu qruplaşma cari ilin əvvəlində Suriyanın İdlib şəhərini tam işğal etdi. Ondan sonra Fuə və Kəfərya rayonlarını mühasirə etdi. Lakin yerli əhali aylar boyunca öz müqavimətlərini davam etdirdilər.


1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı