Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Şeyx Zəkzakinin ilk məhkəməsi keçirilib

Ötən gün Nigeriya məhkəməsi bu ölkənin tanınmış şiə alimi Şeyx İbrahim Zəkzakiyə qarşı “Sui-qəsdə təşəbbüs və ictimai iğtişaşlara çağırış” ittihamını irəli sürüb.
Şeyx Zəkzaki və bir neçə nəfər onun yaxınları məhkəmə zalına gətirilib. Onlara qarşı ittihamlar səsləndirilib və daha sonra onlar yenidən həbsxanaya aparılıb.
Şeyx Zəkzakinin vəkillə təmin edilməsi və ya onun ittihamlara cavab verib –verməməsi haqqında məlumat yoxdur.
Məhkəmənin ikinci iclasının haçan keçiriləcəyi vaxt da açıqlanmayıb.

Qeyd edək ki, Nigeriya ordusu dekabrın 13-də şiə lideri Şeyx Zəkzakinin evinə hücum edib və onu həbs edib. Şeyx Zəkzakinin həbsi zaman onlarla insan həlak olub. Həmçinin Nigeriya ordusu Şeyx Zəkzakinin evinə hücum etməmişdən bir gün öncə Bəqiyyətullah hüseyniyyəsinə hücum edib. Ordu iddia edir ki, guya hüseyniyyədə olan şəxslər Ordu generalının karvanına hücum edib. Məlumatlara görə, hücum zamanı 100-lərlə insan öldürülüb. İslami İnsan Haqları Komissiyası Nigeriyada öldürülən əhli-beyt (ə) tərəfdarlarının sayının 1000 nəfərdən çox olduğunu bildirib. Bir çox beynəlxalq insan haqları təşkilatları bu qətliamı pisləyiblər. /maide.az/
1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber