Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Hacı Qasim Süleymaninin qələbə çıxışı - VİDEO

Suriyanın cənubunda əl-Hazir strateji əhəmiyyətli rayonu terrorçulardan tamamilə azad edilib.
Videonu çəkən şəxs deyir: Bir neçə dəqiqə öncə əl-Hazir şəhəri azad edildi. Komandanlar şəhərə daxil oldular. Seyid Cavad ağa, Hacı Qasim.
General Hacı Qasim Süleymani maşından düşərkən, hamının Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat deməsi istənilir.
Allah yolunda cihad edənlər Hacı Qasimlə görüşüb öpüşür. Sonra şüar verirlər: Biz azadıq, biz hazırırq. Maşa Allah, Hizbullah.
Sonra Hacı Qasim maşının üzərinə çıxıb əvvəl ərəbcə, sonra farsca qısa çıxış edir:
Bu qələbə Allah-taala tərəfindəndir. Heç kəs elə bilməsin ki, qələbə onun vasitəsilə olub. Qələbə Allah tərəfindəndir. Məsum imamların (ə) inayətidir. Hamımız bilməliyik ki, bu qələbənin başlanğıcıdır. Bu bizim xalqı xilas etməyimiz üçün addımlarımızın başlanğıcıdır. Bütün xalqımızı. Suriyada olan bütün xalqları. Allah sizi qorusun. İnşa Allah.
Sonra farsca deyir:
Sizin hamınızın əlinizi, ayağınızı öpürəm. Siz hamının baş ucalığına səbəbsiniz. Şəhid Əmmarın, şəhid Həmədaninin burada yeri görünür. Allah Xanım Zəhra (s.ə.) xatirinə sizləri bundan da başı uca etsin. Sizin bu işiniz bütün zəif sayılmışların və möminlərin qəlbini şad etdi.
Hamı General Hacı Qasim Süleymanidən Ali Dini Lider Həzrət Ayətullah əl-Üzma Hacı Seyid Əli Xameneinin görüşündə mücahidlərin salamını ona çatdırmağı xahiş etdi.


1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı