Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Cəlilabadda təcili yardım işçilərini döydülər - Foto

Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüb.

Report xəbər verir ki, hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib.

Məlumata görə, çağırış yerinə ezam olunan həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar.

Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə vaxtında çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişidiyini əsas gətirərək onlara qarşı güc tətbiq edib.

Cəlilabadda baş verən digər hadisə zamanı bir qrup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endirib.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber