Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Putindən Türkiyəyə daha bir zərbə

Putin Türkiyə ilə qarşılıqlı hüquqi yardım haqqında müqavilədən çıxmağa qərar verib.

TASS xəbər verir ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin Türkiyə ilə mülki, iqtisadi və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında müqavilədən çıxmaq barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamında Xarici İşlər Nazirliyinə sözügedən ölkəyə müvafiq bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, bir müddət öncə Rusiya Türkiyə ilə mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında müqavilədən çıxmaq barədə qərara gəlmişdi. Sözügedən təklif Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə razılaşdırılmışdı./axar/
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP