Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Binə Çörək Zavodu çörəyin qiymətini qaldırdı

Binə Çörək Zavoduna məxsus çörəyin qiyməti 10 qəpik artıb. Bu barədə Binə sakinləri məlumat verib. Sakinlər Binə ərazisində sözügedən zavoda məxsus çörəklərin 50 qəpiyə satıldığını bildiriblər. Məlumata görə, əvvəl çörəyin qiyməti 40 qəpik olduğu halda, bu gündən etibarən qiymət bahalaşıb.

Mağaza sahiblərinin verdikləri məlumata görə, çörəyin qiymətini Binə Çörək Zavodu artırıb. Zavod çörəyi əvvəl dükanlara 36 qəpikdən satırdısa, bu gündən etibarən 46 qəpiyə qaldırıb. Dükanlar da 46 qəpiyə aldıqları çörəyi 50 qəpiyə satırlar./AzNews/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...