Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Hilal Məmmədov ictimaiyyətə müraciət etdi

Vicdan məhbusu Hilal Məmmədov ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir:

“Əminliklə bildirmək istəyirəm ki, əfv sərəncamına hansısa formada ümidlə göz dikmək siyasi məhbus (o cümlədən vicdan məhbusu) ləyaqətinə əsla yaraşmaz. Aydın məsələdir ki, məzmunundan asılı olmayaraq istənilən əfv ərizəsi hüquqi və məntiqi baxımdan qondarma ittihamlarla razılaşmaq və bununla da öz ilkin haqq-ədalət naminə mübarizə məramına ciddi zərbə deməkdir.
Yaşasın siyasi və vicdan məhbuslarının şərəf və ləyaqət həmrəyliyi! Yaşasın o yaxın – sabahkı Yeni il qələbələri!

P.S. İnşallah qardaşımız Rauf Mirqədirovun o mübarək və yaşlı anamızın və onun kimi bütün ana-bacılarımızın ah-naləsi yerdə qalmayacaq.Vallah qalmayacaq!

P.S. Təklifim budur ki, 31 dekabr siyasi məhbuslara Beynəlxal həmrəylik günü kimi tanınsın və ilk növbədə Dünya azərbaycanlılarını bu həmrəyliyə qoşulmağa çağırırıq.

Hörmətlə: Hilal Məmmədov,
Vicdan məhbusu”
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18
<