Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

"İŞİD-in yaradılmasına mən kömək etmişəm" - ABŞ dəniz piyadası

ABŞ ordusunun keçmiş dəniz piyadası Vinsent Emmanuel İraqda keçdiyi hərbi xidmət haqda məqalə çap edib.

Məqalədə o, İŞİD-in yaradılmasına necə kömək etməsindən yazıb. Hərbçi döyüş yoldaşları ilə sadə iraqlılarla necə davrandığını xatırlayır. Onlar iraqlıların evinə gecə reydləri təşkil edir, adamları tutaraq əllərini bağlayır, başlarına plastik keçirirdilər. İnsanları günlər, bəzən aylar sonra evlərindən uzaq məsafədə aparıb buraxırdılar.

Vinsent Emanuel hesab edir ki, məhz ABŞ-ın belə hərəkətlərinə görə, İraqda İŞİD yaranıb:

“Hərbçi yoldaşlarım dəniz piyadaları günahsızları qətlə yetirir, dinc əhaliyə işgəncə verir, mal-mülklərini məhv edir, cəsədləri eybəcər hala salırdıq. Cəsədləri avtomobillərdə gəzdirir, gülür, onlarla foto çəkdirirdik. Daxilən başa düşürdüm ki, əxlaqsız, ədalətsiz, qanunsuz iş görürük. Bilirdim ki, bütün bunların ciddi sonu olacaq. Nəticə kimi İŞİD-i görürük”.

O, ABŞ və Qərb vətəndaşlarına xatırladıb ki, İraqda baş verən şiddət və xaosun əsl qaynağı amerikan əsgərləri olub./KIV/
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...