Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Rusiya mediası Makkeyni bu cür görmək istəyir

Hazırda Rusiyada ən arzuedilməz şəxslərdən biri də amerikalı senator Con Makkeyndir. Ona görə ki, o 50 ildən artıqdır ki, Rusiyaya qarşı savaşır.

Makkeyn hələ 40-45 il əvvəl sovet-rus imperiyasının silahlandırdığı vyetnamlıların əsirliyində olub.

O zamandan o, əvvəlcə SSRİ-ni, daha sonra isə Rusiyanı dünya üzərində gedən demokratikləşmə prosesinin bir nömrəli əngəli sayır və harda olursa-olsun bu fikirləri səsləndirir.

Bu günlərdə o, Ukrayna xalqına dəstək vermək üçün Kiyevə gəlib, Maydanda aksiya iştirakçılarına qoşulub, onların Rusiya ekspansiyasına qarşı çıxmalarını alqışlayıb.

Bu üzdən o Rusiyada sevilmir. Rusiya mediası onun şəklini bu sayaq montaj edərək, "Təcili!! Kiyevdə Makkeyni əzişdirdilər!" başlıqlı dezinformasiya yaymağa çalışır.

Bu, onların "ülvi arzusu"dur, amma maraqlı foto-montajdır./musavat/
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber