Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

"Bunların başını kəsmək lazımdır” - İcra başçısının müavini və qohumları həkimləri döyüblər

Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüb.

​Hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib. Belə ki, çağırış yerinə ezam olunmuş həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar.

Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişdiyini əsas gətirərək onlara qarşı güc tətbiq edib.

Məlumata görə, dünyasını dəyişən xəstə Cəlilabad rayon icra başçısının birinci müavini, Dövlət qulluğu müşaviri Vidadi Dövlətovun anası olub. Həkimləri döyənlər də V.Dövlətovun qardaşları və digər ailə üzvləri olub. Hadisə yerində olan V.Dövlətovun özü isə "bunların başını kəsmək lazımdır” - deyə təcili yardım işçilərini təhdid edib.

Bundan başqa, Cəlilabadda baş verən digər hadisə zamanı bir qurup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endiriblər. Hər iki hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdıma aparılır./XəzərNews/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP