Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

31 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin

məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın, Bakıda gecə və gündüz 3-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber