Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

"Rusiya pilotunu öldürənlər cəzalandırılsın"

Su-24 təyyarəsinin pilotu Oleq Peşkovu öldürənlər dərhal cəzalandırılmalıdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Su-24-ün pilotu Oleq Peşkovun öldürülməsinə görə məsuliyyət daşıyan Alparslan Çəlik və tərəfdaşlarının həbs edilməsini istəyib:

“Alparslan Çəlik və tərəfdaşlarının həbs olunmasını Türkiyə hökumətindən tələb edirik. Bu şəxslər eyni zamanda xarici ölkədə silahlı qruplaşmalarda iştirak etdiklərinə görə də cəzalandırılmalıdır. Üstəlik, bu qatil və terrorçu törətdiyi cinayəti Türkiyənin ən tanınmış mətbuat orqanı “Hürriyyət” qəzetinə fəxrlə danışıb. Rusiyaya olan nifrətini bildirmək üçün ona belə şərait yaradılması bizdə böyük çaşqınlıq yaradır”, - Zaxarova vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkman Cəbhəsinin komandiri Alparslan Çəlik Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun öldürülməsi ilə bağlı “Hürriyyət” qəzetinə müsahibə vermişdi./axar/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı