Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

Davudoğlu sözünü geri götürdü

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyaya aid Su-24 qırıcısını vurmaq əmri vermədiyini açıqlayıb.

NTV xəbər verir ki, baş nazir belə bir əmr verməyinin praktiki mümkün olmadığını deyib:

“Mən Su-24 qırıcısını vurmaq əmri verməmişəm. Mümkündürmü ki, 17 saniyəyə mənə xəbər gəlsin və mən vurmaq əmri verim? Bu mümkün deyil”.

Xatırladaq ki, ötən ay Davudoğlu məsələ ilə bağlı açıqlamasında Türkiyə sərhədlərini pozan təyyarələrin vurulması barədə Silahlı Qüvvələrə əmr verdiyini bildirmişdi.
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber