Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

Hökumətin gülməli standartı

Görəsən bunu hansı "YEKƏ BAŞ" gətirib millətə sırımaq üçün?!

Sürücüləri cərimələmək üçün tibb çantası tələsi

Bir neçə gündür mediada avtomobilində STOP işarəsi, yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı xəbərlər verilir. Və məlum olur ki, tibb çantasının içində aşağıdakı ləvazimatlar olamlıdır.

Analgin 0,5 H10 (yaxud əvəzedici), Portativ hipotermik (soyuducu) paket -ÿKonteyner – 1 ədəd, Natrium sulfasil məhlulu tubik 1, Aspirin qutu 1, Özünə və qarşılıqlı yardım məqsədiÿilə arterial qanaxmanı saxlaman üçünÿtəmizlənən kompressiyalı (təzyiqli) jqut – 1 ədəd, Steril bint 10×5 – 1 ədəd, Qeyri-steril bint 10×5 – 1 ədəd, Qeyri-steril bint 5×5 – 1 ədəd, Çirkli yaraları sarımaq üçün dioksidliÿvə ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1,Bakterisid leykoplastr 2,5×7,0 yaxudÿ2×5 – 8 ədəd, Kapilyar və venoz qanaxmaları saxla – 3 ədəd,ÿmaq üçün 6×10 sm, 10×18 sm ölçüdəÿfuraqinli “Koleteks QEM” steril salfetləri yaxud statin (toz halında) 1,0q – 3 dəst, Spirtdə 5 faizli yodun yaxud 1%-li briliant abısının məhlulu (zelyonka) 1 flakon, 1×500, yaxud 2×500, yaxud 1×250 smÿöçüdə leykoplastr – 1 ədəd, Qeyri-steril boruşəkilli tibbi elastikÿbint H1, 2, 6 hər birindən – 1 ədəd, Pambıq 50 q – 1 bağ, Nitroqliserin həbləri H40 yaxud kapsulası H20 (trinitrolonq) – 1 qutu, Validol (tabletka yaxud kapsula) – 1 qutu, Süni nəfəs vermək üçün alət -ÿ”Ağız-qurğu-ağız” – 1 ədəd, Ammiak məhlulu (naşatır spirti) – 1 flakon, Enterodez – 2 qutu,ÿyaxud aktivləşdirilmiş kömür H10 – 1 qutu, Korvalol – 1 flakon, Küt uclu qayçı – 1 ədəd, Təlimat – 1 ədəd, Plastmass futlyar – 1 ədəd.

Təbii ki, avtomobillərin 90 faizində bu tərkib yoxdur. Istənilnə avtomobildə yoxlama aparılsa, yuxarıda yazılanlardan müəyyən hissəsi olmayacaq. Məsələn, süni nəfəs alətini tapmaq çətin məsələdir. Deyilənə görə, bu aləti hətta xəstəxanalarda tapmaq belə müşkül məsələdir.

Tibbi çantadakı tərkibə nəzər salanda, yadımıza məhşur bir lətifə düşür. Deməli, bir gün erməni, rus, azərbaycanlı təyyarədə uçurlar. Birdən təyyarədə qəza olur. Məsələ burasındadır ki, təyyarədə cəmi 3 paraşüt olur, amma pilotla birlikdə heyət 4 nəfərdi. Ona görə də pilot deyir: Hərənizə bir sual verəcəm, kim tapsa, paraşütü alıb tullanacaq. Birinci erməniyə deyir: Ermənistanın paytaxtı haradır? Erməni cavabında “Irəvan” deyir və paraşütü alır. Ikinci rusa deyir: Rusiyanın paytaxtı haradır? Rus cavabında “Moskva” deyir və paraşütü alır. Növbə azərbaycanlıya çatanda sual belə olur: Indoneziyanın paytaxtı haradır? Azərbaycanlı cavabında “day denən paraşüt vermirəm dəəə” söyləyir.

Indi tibb çantası ilə bağlı vəziyyət də belədir. Birdəfəlik açıq deyin ki, cərimələmək istəyirik. Çünki, 90 faiz avtomobil çanta sualına cavab verə bilməyəcək.

Xülasə, cərimələnməmək şansı yoxdur. Plan elə qurulub ki, hamını qanuni şəkildə tələyə salmaq olur. Bu da hökumətin təzə standartı. Bir azdan deyəcəklər ki, avtomobildə ikigözlü soyuducu da olmalıdır. Məqsəd vətəndaşın qayğısına qalmaq yox, pul toplamaqdır.

Samir
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP