Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

Qan batıran prokuror

Mənə ünvanlanan ərizəni, ana ürəyinin fəryadını dəfələrlə  oxudum, gözlərimə inanmadım, orada göstərilən telefon nömrəsini yığdım və acı həqiqəti təkrar eşitdim.

Birinci faciə

2012-ci ilin oktyabr ayı Lənkəran rayonunun Xarxatan kəndində yaşayan Əbilovlar ailəsi üçün faciənin başlanğıcı oldu. Ailənin gözəl-göyçək, nişanlı qızı qəfildən                             xəstələndi və dünyasını dəyişdi. 40 yaşlı Zəminə ana üçün əlləri xınalı qızının vaxtsız ölümündən də betər dərd ola bilərdimi? Sən demə, ola bilərmiş…

Ikinci faciə

2014-cü ilin iyun ayının 18-də ailənin sevimli kiçik oğlu  Mirnəsir Bəxtiyar oğlu Əbilov da maşınla vuruldu. Daha  doğrusu, ananın gözləri qarşısında post-patrul xidməti əməkdaşı Hüseynov Mayəddin Mürsəl oğlunun yüksək sürətlə  idarə etdiyi şəxsi maşını 6 yaşlı uşağı top kimi vuraraq göyə qaldırdı, faciəvi şəkildə öldürdü.

Yenə də zəhrimar pul

Ananın ərizəsindən: “Oğlumu vuran M.Hüseynov 30 min manat rüşvəti Lənkəran prokurorluğunun əməkdaşı və oğlumun ölüm işini aparan müstəntiqə verib və işi bağlatdırıb”.

Daha bir zərbə

Ananın il yarımlıq əziyyəti, bala fəryadı heç bir nəticə verməyib, pulun gücünə cinayət işi xətm olunaraq arxivə göndərilib. Hətta, bir müddət dərddən ananın başına hava gəlib, cavan ikən saçları ağarıb. Cinayəti törətmiş polis işçisi M.Hüseynov əvvəllər ciddi canfəşanlıq edib, ailənin bütün ehtiyaclarını ödəməyə söz verib, bəzi xırda-para, cüzi yardımlar etsə də, anaya elə yas mərasimindəcə bilmədiyi bir kağıza qol çəkdirəndən sonra heç uşağın 40-na da gəlməyib. Əvəzində orda-burda deyib ki, guya, ailəyə 3 min manat yardım edib. Bunu eşidən Zəminə ana hirslənərək Masallıya, onun yaşadığı kəndə gedib, onun belə ağ yalan danışmasının səbəbini soruşmaq istəyib. Əvəzində onun qaynanasının təhqirləri ilə üzləşib: “Sənin günahından yeznəm 60 min manat püşvət verib, ziyana düşüb, hələ sən də pul istəyirsən?” deyə onu təhqir edib.

Dərd gələndə…

Atalar düz deyib ki, dərd gələndə batmanla gələr. Bütün bu faciələr azmış kimi Zəminə ananın Rusiyada yaşayan və işləyən əri Bəxtiyar da ondan üz döndərib, uşağının qanını batırdığına görə onu bütün maddi və mənəvi yardımlardan məhrum edib.

Bəs, qanı kim batırıb?

Əslində, vaxtilə bu cinayət işini aparmış müstəntiqlə, hazırda isə Lənkəran şəhər prokurorunun müavini, hətta, indi prokurorun vəzifəsini icra edən Vəli Mustafayevlə görüşənə qədər bu sualın cavabı dəqiq deyildi. Onunla görüşdən sonra mənə tam aydın oldu ki, uşağın qanını batıran elə Vəli Mustafayevdir.

Özündən razı prokuror

Dediyinə görə, 2008-ci ildən prokurorluq sistemində işləyir. Cəmi 7 ildə məsul bir rayonun prokuror müavini vəzifəsinə yüksəlmək, hətta, prokuroru əvəz etmək hər adamın işi deyil. Bunun bir səbəbi onun məlum regiondan olmasıdırsa, digər səbəbi, görünür, arxalı olmasıdır. Əks halda, bu yazının müəllifinə, vaxtilə onun kimi 2000 prokurorluq əməkdaşlarına rəhbərlik etmiş, özündən 30 yaş böyük birinə “Bu işin dalınca düşməyi sizə məsləhət görməzdim” necə demək olardı?

Bərəkallah sənin ustadına?!

Bələdçi lazım deyil…

Mənim “Nə səbəbə cinayət işi xətm olunub? Niyə keçən il yarım müddətində cinayət işinin xətm olunması haqqında qərarınız zərərçəkənə vermirsiniz?” – suallarıma prokuror əvəzi V.Mustafayev konkret cavab vermədi, daha doğrusu, cavab verməyi lazım bilmədi. Bir də ki, necə deyərlər, görünən kəndə nə bələdçi.

Şikayət ərizəsindən…

– Xahiş edirəm, başıma gələn haqsızlıq təşkilatınız vasitəsilə araşdırılsın, ictimailəşdirilsin, bundan sonra bəlkə tapdalanmış haqqım bərpa olunar. Günahkar Lənkəran prokurorluğunun əməkdaşı Vəli Mustafayev tərəfindən qorunur. Hətta, mənə hədə-qorxu gəlinir ki, şikayətin onsuz da təmin olunmayacaq.

Amma, cinayəti törədən M.Hüseynov da, ona təmənna ilə havadarlıq edən Vəli Mustafayev də unudurlar ki, bu dünyada heç vaxt buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmır. Bu dəfə də hökmən belə olacaq.


Mətləb Mütəllimli /azadlıq

1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı