Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

Dollar 1.72 manat oldu - Fotolar

Bu gün Bakıda valyuta dəyişmə məntəqələrində dollar 1.72-1.74 manata alıcılara təklif edilir. Mərkəzi Bankın bayram günlərində işləməyəcəyi üçün bazarda dollar qıtlığının yaşanacağı və “qara bazar”da dolların qiymətinin süni şəkildə qaldırılacağı gözlənilir. Elə ötən şənbə və bazar günlərində olduğu kimi.

Dekabrın 21-də baş verən devalvasiyadan sonra Mərkəzi Bankın işləmədiyi günlərdə işbazlar süni şəkildə dolları 2.05 manatadək bahalaşdırmışdı.

Musavat.com-un əməkdaşı bu gün paytaxtın bir neçə yerində valyuta dəyişmə məntəqələrində olaraq, dolların bu günə olan qiyməti və valyutadəyişmə məntəqələrindəki vəziyyətlə tanış olub.

Üz tutduğumuz ünvanlarda bəzi məntəqələrin açıq olmadığının şahidi olduq. Hazırda fəaliyyətini davam etdirən valyutadəyişmə məntəqələrinin əməkdaşları “exchahge”lərin bağlanmasını bayram günü olması ilə əlaqələndirdi.

28 May küçəsində yerləşən “exchange”lərin böyük hissəsi açıqdır. Burada dolların satış qiyməti 1.72 manatdır. Sadəcə 1-2 məntəqədə dolların satış qiymətinin 1.70 manat olamasını müşahidə etmək mümkündür. Dolların satış qiyməti ilə alış qiyməti arasında 10-12 qəpik fərq var. Dolların ən yüksək alış qiyməti isə, 1.65 manatdır.

Qeyd etdiyimiz ünvanda hələ ki, dollar qıtlığı müşahidə olunmur. Əlavə edək ki, 28 may küçəsində dolların qiyməti ötən gün 1.70-1.71 manat idi.

“Neftçilər” metrostansiyasının ətrafında olan “exchange”lərdə dolların alış qiyməti 28 May küçəsinə nisbətən daha ucuzdur. Burada dollar 1.63 manata alınır. Satış qiyməti isə əksər məntəqələrdə 1.72 manatdır. Dollar satışında heç bir qıtlıq müşahidə olunmur.

Sabah və növbəti bayram günlərində nələrin yaşanacağı isə məlum deyil.

“Nəriman Nərimanov” metrostansiyasının ətrafındakı “exchange”lərdən birinin sahibi olan Rasim adlı şəxs deyir ki, bu gün dollar hər yerdə var.

“1.72 manata satılan dollar alınır. Ancaq görünür ki, dollar hər gün bahalaşmağa doğru gedir. Sabah və ya birisigün vəziyyətin necə olacağı bilinmir. Həmçinin digər bayram günlərində də. Manat üzən məzənnəyə keçib. Bəlkə dollar bayramdan sonra yenə qalxdı? Buna görə də heç kim əlindəki dolları ucuz qiymətə satmaq istəmir”- deyə valyuta dəyişmə məntəqəsinin sahibi bildirdi.







1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi