Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Balakəndə 90 minlik yeyinti

Ruqiyyət Seyidova büdcədən ayrılmış vəsaitləri silmək üçün eyni ad altında iki dəfə pul götürüb

Azərbaycanda bütün sahələrdə korrupsiyanın tüğyan etdiyi adi hallardan birinə çevrilib. Büdcə vəsaitlərini dağıtmaq üçün həyata keçirilən işlərin isə böyük əksəriyyətində olduqca ciddi qüsurlar diqqəti çəkir. Məsələn, eyni ad altında bir neçə dəfə vəsait almaq üçün müraciətlərin edilməsi və ya tenderlərin təşkil olunması bu qəbildəndir.

Jam.az-ın araşdırmalarına görə, Balakən rayon Mədəniyyət və Turizm Şöbəsi də büdcə pullarının talan edilməsi prosesindən kənarda qalmayıb. Şöbənin müdiri Ruqiyyət Seyidova rəhbərlik etdiyi şöbənin xətti ilə təkcə bu ilin 9 ayı ərzində 90 min manatın axırına çıxıb. Belə ki, şöbə müdiri eyni ad altında büdcədən götürdüyü pulları nəyə xərclədiyini özü yaxşı bilir.

Araşdırmalar nəticəsində bəlli olub ki, Balakən rayon Mədəniyyət və Turizm şöbəsi avadanlığın satın alınması adı altında fiziki şəxs Qabil Rəhimova 18143 manat vəsait ayırıb. Yumuşaq inventarların alınması üçün də eyni şəxsə daha 9195 manat pul verilib. Qalib Rəhimovla alverləri yaxşı tutan Ruqiyyət Seyidova daha sonra şöbə üçün digər maşın və avadanlığın satın alınmasına 30880 manat və bərk inventarın satın alınması üçün 34182 manat pul sərf edib.

Əslində, burada korrupsiya elementlərini axtarmaq elə də çətin məsələ deyil. Məsələn, «avadanlıq» adı altında götürülmüş pulların təyinatı belə məlum deyil. Üstəlik, avadanlığın satın alınması adı altında Seyidova 18143 manat bir, daha sonra isə 30880 manat «xərcləyib». Aydın məsələdir ki, eyni ad altında iki dəfə pulun götürülməsi birmənalı olaraq başqa məqsədlərdən irəli gəlir. Mümkün idi ki, Balakən rayon Mədəniyyət və Turizm Şöbəsi bu xərcləri birləşdirərək, eyni ad altında sərf edə bilərdi.
1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı