Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2016

Rusiya Türkiyəylə vizasız rejimi dayandırdı

Bu gündən Rusiya Federasiyası ilə Türkiyə arasında vizasız gediş-gəliş rejimi ləğv olunub. Rusiyanın hərbi təyyarəsinin Türkiyə-Suriya sərhədindən vurulmasından sonra Moskva tərəfindən verilmiş qərar yanvarın 1-dən etibarən qüvvəyə minib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə danışaraq deyib: "Bu, birbaşa olaraq vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır. Çünki terrorçular Türkiyədən tranzit ölkə kimi istifadə edərək müxtəlif istiqamətlərə yollanırlar".

Qeyd edək ki, Türkiyə tərəfi ötən ilin dekabr ayının əvvəlində bəyan etmişdi ki, Rusiyaya cavab olaraq eyni addımı atmağa, Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə hazırlaşmır.

Ancaq Rusiya Türkiyəyə qarşı iqtisadi və humanitar sahədə bir sıra sanksiyalar tətbiq etməyə başlayıb.

İki ölkə arasında vizasız gediş-gəliş rejimi 2011-ci ildən qüvvədəydi./musavat/
1713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
14.1