Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2016

Quru öskürək zamanı xalq təbabəti vasitələri

Quru öskürəyin səbəbi boğaz iltihabı və traxeit ola bilər. Quru öskürək üzücü olur, insanı çox narahat edir - yatmağa, danışmağa imkan vermir.
Quru öskürəyi müalicə etmək üçün bəzi xalq təbabəti vasitələrindən istifadə edə bilərsiniz:
- Enli qaba isti su tökün (60-70 C) və 4-5 damcı evkalipt, nanə və ya şam ağaıcı yağı əlavə edin. Bu suyun buxarından nəfəs alın. Qaynar sudan istifadə etməyin, bu selikli qişaları yandıracaq.
- Axşam yatmazdan əvvəl döş qəfəsinə xardal kağızları yapışdırın və ya kamfora yağı çəkib isti şərflə bağlayın.
- İsti ayaq vannaları da quru öskürəklə mübarizə aparmağa kömək edir. Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın və isti corab geyinib yatın. Corablara bir az xardal tökmək olar.
- Boğazınızı çobanyastığı, propolis dəmləməsi ilə qarqara edin.
- Çox maraqlı köhnə resept - 1 xörək qaşığı şəkər tozu qəhvəyi rəng alana qədər odun üzərində saxlayın. Alınmış konfeti qurtarana kimi ağzınızda yavaş-yavaş əridin.
- Burnunuzu duzlu su ilə yuyun (1 stəkan su + 1 çay qaşığı duz). Duzlu su burun-udlaqda olan virisları yuyub aparır və boğazı nəmləndirir ki, nəticədə üzücü öskürək azalır.
- Daha çox ilıq su için.
Quru öskürək çox uzun çəkir və keçmirsə, mütləq həkimə müraciət edin. Bu hər hansı digər xəstəliyin simptomu ola bilər./Saglamolun/
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41