Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2016

“Mənim övladlarım kimdən ibrət götürməlidir, Maradonadan?!”

Tehranın mərkəzində silah anbarı?
General Cəfəri: Hacı Qasim, bu silahları necə toplamısan?


Xatirələrlə yaşamaq adi halda insanı real həyatdan ayırır, ona tərkidünyalıq gətirir. Amma istisnalar da var. Şəhidlərlə bağlı xatirələri özünə həyat məqsədi edən insan əslində xalqına xidmətdə fədakarlıq göstərmiş olur. Şəhidlər din, xalq, vətən yolunda həyatlarını qurban veriblər. Onların xatirəsini yaşatmaq müqəddəs iş sayıla bilər.
Mehr jurnalı təqaüddə olan SEPAH komandiri Qasim Sadiqinin ev muzeyindən yazır. Hacı Qasimin Tehrandakı evi elə küçədən muzeyi xatırladır. Evin küçəyə divarına şəhidlərin fotosu əks olunmuş tablo vurulub. Qapıdan həyətə qədəm qoyandan, bu evi tərk edənə qədər özünü başqa bir aləmdə hiss edirsən. Hacı Qasimin muzeyinə daxil olanda şəhidlərin ruhu dolaşan bir aləmə düşürsən. Bu otaqda nəinki silah-sursat, hətta səngər var. Dörd övladı olan Qasim Sadiqi evi kiçik olsa da onun bir hissəsini muzeyə çevirib. Hacı Qasim deyir: “Quran başdan-başa ibrətdir. Allah öz peyğəmbərinə buyurur ki, biz sənə Musa və İbrahimin başına gələnləri danışarıq. Quran ibrətdir, xatirədir. Əbu Ləhəbdən oxuyanda bu günün Əbu Ləhəblərini görməlisən. Bu otaq mənə və qonaqlara xatırladır ki, bizdən qabaq nə üçün və necə yaşayıblar... Hökumət idarələrinə xəbər çatmışdı ki, Qasim Sadiqi evinə silah-sursat toplayır. Gəldilər, baxdılar. Sual verdilər ki, bu işi görməkdə məqsədin nədir? Dedim mənim övladlarım kimdən ibrət götürməlidir, Maradonadan?! İş məhkəməyə çəkildi. Şükür ki, hakim bu işin xeyrinə hökm çıxardı... SEPAH-ın komandanı general Cəfəri gəlmişdi. Silah-sursatı görüb heyrətə gəldi. Soruşdu ki, bunları necə toplamısan? Dedim ki, bu silah-sursat istifadə yararsızdır, çox yerlərə müraciət edib, çətinliklə toplamışam...”



Vilayet.nuraz.in

1622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu