Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Yeni il gecəsi Fransada 800-dən çox maşın yandırıldı

Yeni il gecəsi ərzində Fransada xuliqanlar tərəfindən 804 maşın yandırılıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Bernar Kaznev məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ərzindəkindən 14,5% azdır. O zaman 940 avtomobil yandırılmışdı.

Bununla belə, yaxalanan xuliqanların sayı iki dəfə artaraq 622 nəfərə çatıb. Tutulanlardan 368 nəfəri müvəqqəti həbs altına alınıb.

Virtualaz.org bildirir ki, Yeni il gecəsi Parisdə məlum terror aktlarından sonra fövqəladə vəziyyət rejimi şəraitində keçib. Paytaxt küçələrində asayişi 10 min hərbçi və minlərlə polis, jandarm qoruyub.
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi