Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Ərəbistanın Yəməndə öz muzdurlarını məhv etməyinin səbəbi nədir?

Nuraz.in fars-news.com-a istinadən:
Ərəbistanın Yəmənə təcavüzündən sonra dəfələrlə öz muzdurlarının mövqelərini bombardman etdiyi müşahidə olunub. Faktlar göstərir ki, onlar bunu həmin ünsürlərin öz tapşırıqlarını başa vurduqdan sonra həyata keçirirlərmiş.
Sənadan əldə edilən məlumatda bildirilir ki, belə hallar Yəmənin əksər vilayətlərində tez-tez qeydə alınır. Buna baxmayaraq Ərəbistan isə hər dəfə bu əməliyyatlardan sonra onun səhvən baş verdiyini elan edir. Amma məlum əlamətlərə görə, bu hadisələrin qəsdən həyata keçirildiyi daha doğru nəzərə çarpır, məxsusən, onların həmin muzdurlarla əməliyyat proqramlarını cızdığı obyektlərin partladılması bu məsələni təsdiq edir.
Yəmən Ənsarullah təşkilatının hərbi komandanlığının əldə etdiyi gizli məlumatlara əsasən, bu əməliyyatların həmin qəsdlə həyata keçirildiyi tam bəlli olub. Çünki onlar öz muzdurlarının İraq və Suriyada törətdikləri cinayətlərinin ictimai şəbəkələrdə yayılması ilə özlərinə zərbə vurduğu ikinci bir təcrübəsini Yəməndə də, təcrübə etmək istəmirlər. Onların indiyədək Həzrəmut, Cəbəl əl-Əhyuq, Təiz, Tur əl-Bahə, Ləhic, əl-Yətimmə, Cuf və Məarib vilayətlərindəki öz muzdurlarının hərbi düşərgə və mövqelərini uçurması heç də, təsadüfi ola bilməz. Odur ki, beynəlxalq ictimai aləmdə bu haqda heç bir səs-səmir yoxdur və Ərəbistanın təşkil etdiyi koalisiya tərəfindən də, törədilənlərin xəsarətinin ödənilməsi barədə də, bir məlumat verilmir, üstəlik, nə də, bu haqda təəssüf hissi doğuran var. Halbuki koalisiyanın qoşunları heç vaxt Yəməndə əl-Qaidə və İŞİD-in mövqelərinə yaxın belə düşmür və onlar asudəliklə istənilən cinayəti törədirlər. Məsələn, tutduqları ərazilərdə dövlət orqanlarını, orta və ali təhsil ocaqlarını tətil edir, adi fərdlərdən tutmuş böyük şəxsiyyətlərə qədər istənilən insanı edam edir və müqəddəs məkan, məscid və məqbərələri uçururlar.
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber