Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Xərçəngə qarşı - bunu bilirdiz?

Sən demə, sarımsağın sağlamlıq üçün xeyli müsbət təsiri var imiş

Sən demə, sarımsağın sağlamlıq üçün xeyli müsbət təsiri var imiş.Sarımsaq damar genişləməsi, yüksək təzyiq, xollestril və ürək-damar xəstəliklərində faydalıdır. Yaponiyada 41 min qadın üzərində 5 il ərzində müşahidə aparılıb. Məlum olub ki, həftədə bir dəfə sarımsaq yeyən qadın ilə ayda bir dəfə sarımsaq yeyən qadına nisbətən xərçəng riskinin 35% az olduğu müşahidə edilib.
Heyvanlar üzərində aparılan təcrübələr göstərir ki, sarımsaq 6 xərçəng növünün (sinə, kolon, yemək borusu, prostat, dəri və mədə ) irəliləməsinə və inkişafına maneə törədir. Qida və su tərkibli patogenlər, göbələk mənşəli infeksiyalar və tənəffüs infeksiyalarına qarşı antibakteriyal xarakterlidir.
Qeyd edək ki, xərçəngin qarşısını almaq üçün edilən ilk araşdırmanın nəticəsi 1957-ci ildə nəşr olunub. Sarımsaqdan əldə edilən maddə xərçəngli siçanlara vurulub. Həmin siçanlar normadan 6 həftə daha çox yaşayıb. Sarımsaqdan həmçinin arteroskleroz, ürək-damar xəstəliklər, dövran pozğunluqları, yüksək xolestrol, hipertansiyon, mikrobik infeksiyalar, dəri infeksiyalarında təsirli olduğu görülüb.
Ancaq bu möcüzəvi bitkinin əks təsirləri də var: baş ağrısı, halsızlıq, tərləmə, hipoqlikemiya, aktual istifadədə kontakt dermatit və s.Bununla yanaşı əməliyyat keçirəcək şəxslər əməliyyatdan 7 gün sarımsaqdan istifadəni əvvəl dayandırmalıdırlar./simsar/
1813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP