Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Təizdə 19 muzdur məhv edilib və Ədəndə də, Əhməd əl-İdrisi qətlə yetirilib!

Nuraz.in fars-news.com-a istinadən:
Yəmən inqilabi komitələr üzrə hərbi komandirlərdən Təysir əl-Hadi bildirib ki, ordunun raket diviziyası tərəfindən Ərəbistan muzdurlarının Təiz vilayətinin Zubab şəhərindəki mövqelərinə endirilən zərbələr nəticəsində düşmən tərəf çoxlu itki və yaralıya məruz qalıb. Həmçinin ordu könüllü xalq qüvvələrinin həmkarlığı ilə əl-Cuf vilayətinin şərqində və Məarib vilayətində düşmən qüvvələrin hücumlarının qarşısını kəsib və onların çoxlu sayda hərbi texnikasını məhv edib, eləcə də, Useyr, Cizan və Nəcran məntəqələrindəki döyüşlərdə də, baş verən əməliyyat və hücumlar nəticəsində çoxlu sayda muzdur qətlə yetirilib və əksəriyyəti də, öz mövqelərindən qaçmağa məcbur olublar. Bununla belə əl-Qeyl və Sədba məntəqələrində ağır döyüşlər davam edir və ardıcıl olaraq Ərəbistanın hava hücumlarına məruz qalır.
Ədən vilayətindən əldə edilən xəbərdə bildirilir ki, istefa vermiş Mənsur Hadiyə mənsub qüvvələrin baş komandiri və Ərəbistan muzduru Əhməd əl-İdrisiyə sui-qəsd edilib. Naməlum şəxslər tərəfindən törədilən bu əməliyyatda o, neçə həmkarı ilə birgə Mənsuriyyə şəhərində qətlə yetirilib. “Ədən Cənub Müqavimət Qüvvələri”nin komandiri sayılan əl-İdrisinin Yəmənin ərazilərinin Ərəbistanın təşkil etdiyi koalisiya tərəfindən işğalında böyük rolu olduğu bildirilir.
Ədən vilayətinin əksər ərazilərinə hökmranlıq edən əl-Qaidə və İŞİD ünsürləri tərəfindən son vaxtlar bu vilayətdə ardıcıl olaraq terror aktları həyata keçirilir.
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı