Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Hindistanda HHQ bazasına silahlı hücum olub

Ən azı dörd silahlı şəxs Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) Pəncab ştatında yerləşən Patxankot bazasına hücum edib.
"Report" xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Yerli hakimiyyət orqanı nümayəndəsinin sözlərinə görə, ilk atışma səsləri Bakı vaxtı ilə gecə 03:00 radələrində eşidilib. O bildirib ki, yaraqlılar baza ərazisinə keçmək üçün bir gün əvvəl oğurladıqları polis avtomobilindən istifadə ediblər.
Son məlumatlara görə, hücum zamanı iki yaraqlı zərərsizləşdirilib. Həmçinin baza ərazisində olan vertolyot və təyyarələrin hücum zamanı zərər çəkmədiyi qeyd olunur.
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:50