Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Ayətullah Şeyx Baqir ən-Nimr bu gün Səudiyyə rejimində edam edildi

PressTV-nin verdiyi məlumatına görə, böyük Əhli-beyt alimi bu səhər şəhid edilib.

Səudiyyə rejimi bütün dünya ictimaiyyətinin nüfuzlu İslam alimini azad etmək barədə çağırışlarını heçə sayaraq bu səhər güllələnmə yolu ilə Ayətullah Nimri şəhid edib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Səudiyyə rejiminin iddialarına görə, onlar "terror təhlükəsi" ittihamı ilə edam ediliblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının şərq vilayəti olan Qətifdə 2012-ci ildə rejimə qarşı kütləvi nümayişlər keçirilib. Bu zaman Ayətullah Nimr yaralanaraq ələ keçirilib. 2014-cü ildə Səudiyyə rejimi onun haqqında edam hökmü çıxarıb.

Düyanın bütün aparıcı hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty İnternational, Human Rights Watch da Şeyx Nimri azad etməyi tələb edib və onun həbsini söz azadlığının boğulması kimi dəyərləndirib./deyerler/
2036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber