Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

Qadın mer seçildi, bir gün sonra öldürüldü

Meksikanın Temisko şəhərinin meri Hiselu Mota bir qrup silahlı cinayətkar tərəfindən qətlə yetirilib. “TASS”ın verdiyi xəbərə görə, qətl bir gün əvvəl mer vəzifəsinin icrasına başlamış məmur qadının evində törədilib. Məlumata görə, ötən gün yerli vaxtla saat 07.00 radələrində (Bakı vaxtı ilə 17.00) dörd silahlı şəxs evin qapısını qıraraq içəri daxil olublar və atəş açmağa başlayıblar. Hücum nəticəsində Hiselu Mota və evdə olan daha iki şəxs aldıqları çoxsaylı güllə yaralarından hadisə yerində keçiniblər.

Meksika mətbuatının məlumatına görə, qatilləri “isti izlər”lə saxlamaq mümkün olub, onlardan ikisi atışma zamanı öldürülüblər.

Hadisənin motivləri müəyyənləşdirilir.


Qeyd edək ki, qətl, hökumətin ictimai təhlükəsizliyə nəzarətin gücləndirilməsi üzrə “Delta” xüsusi əməliyyata başladığını elan etdikdən bir gün sonra törədilib./apa/
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı