Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

İran: "Neft bizə 10 dollardan ucuz başa gəlir"

İran İslam Respublikasının Neft Nazirliyinin OPEC-də baş nümayəndəsi Mehdi Əsəli İranda hər barrel neft hasilatının 10 dollardan da daha aşağı xərclə başa gəldiyini bildirib.

Əsəli verdiyi açıqlamasında Beynəlxalq Valyuta Fondunun hesabatında əks olunmuş neftin qiymətinin 30 dollar olması vəziyyətində belə İranın iqtisadi inkişaf sürətinin 4.5- 5% arasında olacağını ifadə edib.
Neft qiymətlərinin azalması ilə investorların regiondakı neft hasilatının aşağı xərcindən dolayı regiona gələcəklərini qeyd edən Əsəli, "İranın gələn il iqtisadi inkişafı neft istehsalının iki dəfə artması və neftin qiymətinin tədricən artmasından irəli gələcəkdir. Gələn il neftin qiyməti 35 ilə 50 dollar aralığında olacaq" deyib.
1251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39