Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Saatlıda yenə də vəziyyət qarışıb

Bu dəfə başçının müavini meydan sulayır
Saatlıda əhali ilə İcra Hakimiyyəti arasındakı ziddiyyət zaman içində daha da dərinləşməyə başlayıb. Xüsusən də son dövrlər bu iki qüvvə arasındakı narazılıqlar ən üst həddə çatıb. Tia-ya verilən məlumatlara görə, son bir neçə gün ərzində vətəndaşlarla İcra Hakimiyyəti arasındakı gərginliyin banisi isə icra başçısının müavini İlham Quliyevdir.

Məlumatlarda deyilir ki, icra başçısı Siraqəddin Cabbarovun məzuniyyətə getməsi ilə əlaqədar olaraq onun səlahiyyətlərini birinci müavini İlham Quliyev həyata keçirir. Rayon camaatı isə üzləşdikləri problemlərin təcili həll edilməsi üçün üz tutduqları İlham Quliyevin qəbulunda isə qəribə vəziyyətlə üzləşirlər. Onların TİA.AZ-a veridiyi məlumatda vurğulanır ki, icra başçısının birinci müavini qəbula gələn vətəndaşları əvvəlcə ələ salır, daha sonra isə istehza ilə yola salaraq, onları Siraqəddin Cabbarov gəldikdən sonra İcra Hakimiyyətinə üz tuta biləcəklərini çatdırır. Bu da rayon camaatının əsəblərinə toxunmağa başlayıb.
Məlumat üçün onu da bildirək ki, İlham Quliyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun yerli filialının rəhbəri olub. Siraqəddin Cabbarov isə onu yanına müavin gətirib.
1600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber