Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

“Onun yeganə işi açıq tənqid olub...”

Ayətullah Xamenei dərsi-xaric sinfində Şeyx Nimrdən danışdı

Bu gün səhər Cənab Rəhbər Ayətullah Xamenei dərsi-xaric sinfində Səudiyyə Ərəbistanı hakimiyyətini Şeyx Nimr Baqir Ən-Nimrin şəhadətə çatdırılmasından dolayı məhkum edib. Dünyanı belə cinayətlərə münasibətdə məsuliyyətli olmağa çağıran Rəhbər buyurub: “Heç şübhəsiz, bu məzlum şəhidin nahaq axıdılan qanı tezliklə öz təsirini göstərəcək, Allahın intiqam əli səud siyasətçilərini yaxalayacaq... Bu məzlum alim nə xalqı silahlı hərəkata çağırıb, nə gizli bir iş görüb. Onun yeganə işi açıq tənqid, dini qeyrətdən qaynaqlanan haqqa çağırış və zülmdən çəkindirməsi olub... Allah-Taala nahaq axıdılan qandan keçmir. Nahaq axıtdıqları qan qısa zamanda bu rejimin siyasətçilərinin sorağına gələcək... İslam aləmi, bütün danya bu cinayət qarşısında məsuliyyət hiss etməlidir... Bəşəriyyətin taleyinə, insan haqlarına, ədalətə səmimi can yandıranlar bu hadisəyə biganə qalmamalıdır... Şübhəsiz, şəhid Şeyx Nimr Allahdan mükafatını alacaq və onun həyatına qəsd edənlər cəzalanacaq. Təsəlli də elə budur!”

Vilayet.nuraz.in
1680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber