Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

Yəmən xalqı 10 ay müqavimətdən sonra hansı fikirdədir?

Nuraz.in alalam.ir-a istinadən:
Yəmən dövlət qoşunları və könüllü xalq qüvvələri düşmənin 10 ay sürən ardıcıl təcavüzlərinə layiqli cavab verərək artıq onun öz ərazilərinə qədər zərbə endirməyə qadir olublar. Bu təcavüzkarların mühasirə, blokada və hərbi müdaxilələrinə baxmayaraq Yəmən xalqı sarsılmazlığını var qüvvəsi ilə qoruyub, saxlamaqdadır. Səna və digər şəhərlərdəki vəziyyət xalqın Ali-Səud və digər müttəfiqləri qarşısında yüksək əhval-ruhiyyəsindən xəbər verir. Xalqın fikrincə, onlar 300 günü 360 və hətta 1000 günə çatdırsalar da belə bu müqavimət qırılan deyil və Yəmən milləti böyük əzm və iradəyə malikdir. Dövlət qoşunlarının könüllü xalq qüvvələri ilə həmkarlığı nəticəsində hər gün ardıcıl olaraq təcavüzkar ünsürlərə və Ali-Səudun muzdurlarına ağır zərbələr endirilir. Hazırda onlar əldə etdikləri ballistik raketlərlə istənilən hədəfi nişan almağa qadirdirlər. Bu imkan onlara hər hansı düşməni geri oturtmağa şərait yaradır. Odur ki, xalq ordunun bu potensialı əsasında qələbə çalacağına və Allaha iman və təvəkkül sayəsində ölkənin təcavüzkar ünsürlərdən təmizlənəcəyinə əmindirlər.
Düşmən tərəf isə verdiyi tələfatın əvəzini çıxmaq üçün qarşısına çıxan hər hansı yaşayış və s. məntəqələri viran etməklə məşğuldur. Statistik məlumatlar göstərir ki, indiyədək Yəməndə şəhid olanların sayı 7411, yaralananların sayı isə 13846 nəfərə çatıb və 320 minə yaxın yaşayış mənzili viran edilib. Bununla belə Yəmən xalqı böyük əzm və iradə ilə mübarizəsini davam etdirir və tezliklə qələbəyə əmin olduğunu bildirirlər.
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:52