Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

Londonun mərkəzində Ali-Səuda ölüm şüarları!

Nuraz.in irna.ir-a istinadən:
Ötən gün Ərəbistanın tanınmış ruhanisi şeyx Baqir əl-Nəmirin edam xəbəri rəsmi surətdə yayıldıqdan sonra dünyanın bir çox yerlərində müsəlmanlar bu qəddarlığa qəti etirazlarını bildiriblər. Bu münasibətlə əlaqədar İngiltərənin paytaxtı Londonda da, bir qrup müsəlman Ərəbistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyaya toplaşanlar əllərində Baqir əl-Nəmir və digər şəhidlərin plakatlarını qaldıraraq “Ali-Səuda ölüm!”, “Ali-Səuda ar olsun!”, “Ali-Səud devrilsin!”, “Ali-Səud əsl terroristdir!” və s. şüarlar səsləndiriblər. Aksiyada çıxış edənlər Ali-Səudun təkfir-terrorizmi himayəsinə və s. cinayətlərinə toxunmaqla bərabər bu şəxsiyyətin edamını şiddətlə məhkum edərək beynəlxalq ictimaiyyətdən Ali-Səuda qarşı qəti münasibət bildirməyi tələb ediblər. Onlar bildiriblər ki, Ali-Səuda qarşı çıxanlar heç də, terrorist yox, bu ölkədə dini mənsubiyyətindən asılı olmayaraq hamının hüquqlarını təmin edən demokratik quruluşun bərpasına çalışırlar.
Çıxış edənlərdən siyasi fəal xanım Zina bu hadisəni məhkum edərək deyib ki, biz Ali-Səudun belə rəftarına mat qalmışıq və onun edamına hələ də, inana bilmirik. Bunu heç cür qəbul etmək olmaz və bu rejimi himayə edən dövlətlər, o cümlədən, İngiltərənin özü gərək onlara qarşı mövqeyini dəyişsinlər. Ali-Səuda qarşı çıxan hər insanı terrorist adlandırmaq olmaz və bu kimi insanlar həmin ölkədə sülhməramlı niyyətləri ilə demokratik quruluşun bərpasını istəyirlər. Bizim bu aksiyamız da, siyasi, ictimai və mədəni təşkilatların çağırışı ilə təşkil edilib və heç bir qrupa xas deyil.
Aksiya xüsusi polis dəstələrinin müşayiəti altında keçirilib və iştirakçılara səfirliyə yaxınlaşmağa qətiyyən icazə verilməyib. Bundan əvvəl İngiltərə müsəlmanları dəfələrlə kəsilən edam hökmü haqda öz etirazlarını bildirmiş və Ərəbistan səfirliyinin önündə aksiyalar keçirmişlər.
Ərəbistan nazirliyi şənbə günü 47 nəfərin, o cümlədən şeyx Baqir əl-Nəmir və Faris əl-Şüveylin edamı haqda bəyanat yayıb. Bu tanınmış ruhani 2014-cü il oktyabrın 15-də hökumətə qarşı tənqid mövqeyinə görə həbs edilərək edama məhkum edilib. Onun apelyasiya məhkəməsinin qərarı və Ərəbistan Ali Məhkəməsi tərəfindən edam hökmünün təsdiqindən sonra bu məsələ müsəlman və dünya səviyyəsində böyük din xadimləri və şəxsiyyətləri tərəfindən qəti etirazla qarşılanıb. İngiltərənin Fəhlə Partiyasının rəhbəri Ceremi Korbin də, dəfələrlə Ərəbistandan şeyx Nəmir və siyasi məhbusların edam hökmü qərarının ləğvini tələb edib. Odur ki, İngiltərənin bir çox siyasi partiya və dövlət xadimləri onun edamını məhkum edərək dövlət səviyyəsindəki bu rəftarları hədsiz qaba və insan hüquqlarına zidd adlandırıblar.




1305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP