Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2016

ŞƏHİDLƏRİN VƏ SİDDİQLƏRİN RƏBBİNİN ADI İLƏ!

 “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə surəsi -154)

BƏYANAT!

Bu günlərdə, tarixi terror və cinayət üzərində qurulmuş səud rejiminin iqtidarı tərəfindən, bütün İslam aləminə vurduğu növbəti zərbə, bütün Quran və Əhli-Beyt (ə) aşiqlərinin qəlbini yaraladı. Əziz, alim, ruhani, mübariz Ayətullah Nimrin şəhadətə yetirliməsi bu rejimin iç üzünü bütün müsəlman aləminə daha da tanıtdırdı və bununla da sübut etdi ki, Məkkə və Mədinə kimi müqəddəs şəhərlər hansı bir tayfanın əlində əsir qalıb. Builki Həcc mərasimində minlərlə günahsız hacıların səud rejiminin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən, Həcc zamanı canlarını əldən vermələrinə məhəl qoymayan bu rejim, bu gün Haqq sözünü qorxmadan zalımın üzünə dik deyən Ayətullah Şeyx Nimr kimi mübarizlərin qanlarına əllərini batırmaları onlar üçün heç də mühüm deyildir.
Bir ruhani və İslam insan hüquq-haqları müdafiəçisi olaraq, bütün əziz və mübariz Haqq və Hüquq müdafiəçiləri tərəfindən bu qanunsuz cinayəti qəti olaraq pisləyir və bütün Beynəlxalq insan haqları müdafiəsi təşkilat və müəssisələrini belə bir cinayətin qarşısında susmayıb, Haqq fəryadlarını Haqsevərlərin qulaqlarına çatdırmalarını xahiş edirəm!
Ali Səud rejimi bu minvalla özlərinin sonlarına imza atmış oldular. Allah-Taala heç vaxt zalımın zülmünü cəzasız qoymaz!

“Zülm edənlər isə (dünya və Axirətdə) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” (Şüəra surəsi -227)

Hicab və Hicab Qadağası Məhbuslarını
MÜDAFİƏ KOMİTƏSİ

Hicab.org
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi