Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2016

Azərbaycanda zavodda partlayış, ölən var

Balakəndə zavodda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır./ans/
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
24.03.17, 12:06