Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2016

"İnsanlar barıt çəlləyinə bənzəyir, qan-qan deyir"

"İnsanları qıcıqlandıracaq məntiqsizlikləri yığışdırın..."

"Dünən devalvasiya ilə bağlı status yazdım. Gecə yazı ilə bağlı oxuduğum şərhlər məni dəhşətə gətirdi. Bəli, artıq insanlar sadəcə vəziyyətlərindən şikayətlənmir, barıt çəlləyinə bənzəyir, qan-qan deyir. İstənilən bir hadisə ölkəni xaosa sürükləyə bilər. Devalvasiyanın ilk günündən insanları sakitliyə çağırmışdım. Yenə həmin fikirdəyəm. Bununla belə, bir daha hakimiyyət rəsmilərinə müraciət edirəm: baş verənlərin ciddiliyini demirəm, törədəcəyi dəhşətləri görün! Artıq aylar, həftələr deyil, günlər bizi faciəyə aparır. İnanın, bu gün hansısa açılışlar, bayramlar, şənliklər məqamı deyil. İnanmıram ki, hansısa tədbirlər planı hazırlanmasın. Ancaq gec ola bilər. Bu barədə insanları məlumatlandırın, sakitliyə çağırın, baş vermiş hadisələri, düşdüyümüz çətin günləri izah, buraxılmış səhvləri etiraf edin. hadı rəcəblilərin, ziyafət əsgərovların, siyavuş novruzovların insanları qıcıqlandıracaq məntiqsizliklərini yığışdırın. Nəhayət anlayın ki, bu millət dözümlüdür, bağışlayandır, ancaq sizlərin fikirləşdiyi kimi səbri tükənməz, özü qanmaz deyil, onunla hesablaşın, üzünü döndərməsini gözləməyin. Onda isə gec və hamımız üçün fəlakətli olacaq."

Aslan İsmayılov
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11