Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2016

Bakıdan Məşhədə birbaşa aviareys bərpa olunub

Bakıdan İranın Məşhəd şəhərinə yeni aviareys açılacaq.

Bu barədə İranda səfərdə olan azərbaycanlı jurnalistlərə "ATI Travel" Turizm agentliyinin rəhbəri Hüseyn Namayi məlumat verib.

Onun sözlərinə görə, artıq İran və Azərbaycan arasında danışıqlar öz müsbət həllini tapıb. Belə ki, Bakıdan Məşhədə təyyarə ilə ilk reys bu ilin mart ayının 19-na planlaşdırılıb. Bakı-Məşhəd avia reysinin 100 nəfərlik yerini "ATI Travel" Turizm agentliyi satışını həyata keçirəcək. Qalan yerləri isə AZAL özü satacaq.

Turizm agentliyinin rəhbəri deyib ki, bundan əvvəl də Bakıdan Məşhədə təyyarə reysi olub. Lakin Məşhədə gələnlərin əksəriyyəti yerüstü nəqliyyat vasitəsinə üstünlük verirdilər. Bu səbəbdən də təyyarə reysi müvəqqəti dayandırılmışdı. Hazırda isə bu reys bərpa olunub./SalamNews/
1425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02