Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2016

Rüfət Səfərov gələcək planlarından danışdı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov gələcək planları barəsində danışıb.

O, musavat.com-a açıqlamasında bildirib ki, hazırda bir yazı üzərində işləyir: “Bir mövzu üzərində işləyirəm. Mövzunun adı “Hüququn qətli”dir. Bu yazıda Azərbaycanın hüquq sistemi tam çılpaqlığı ilə əks olunub. Onu da qeyd edim ki, ölkədən kənarda yaşamaq kimi fikrim yoxdur. Bu ölkədə qalacağam və zaman-zaman ciddi təkliflərim olacaq. Ölkədə hüquq sistemi çox acınacaqlı vəziyyətdədir. Elə bəhs etdiyim təklirlərim də bununla bağlı olacaq. Baxın, ölkənin qanunverici orqanının sədri Oqtay Əsədov su məsələləri üzrə mütəxəsisdir. Baş nazirimiz 60-cı illərin maşınqayırmasında qalıb. Bundan sonra da millət üçün fəaliyyətimi davam etdirəcəyəm”.

Xatırladaq ki, Rüfət Səfərov prokurorluq orqanlarından istefa verərək, ölkə hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış etmişdi.
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35