Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Ali Rəhbərin bəyanatı xarici informasiya vasitələrində xüsusi maraqla izlənib!

Ali Rəhbərin bəyanatı xarici informasiya vasitələrində xüsusi maraqla izlənib!

Nuraz.in tabnak.ir-a istinadən:
Ötən gün İslam İnqilabının rəhbəri həzrət Ayətullah Xamenei Ərəbistanı şeyx Baqir əl-Nimrin edamına görə şiddətli məhkum edərək bildirib ki, şübhəsiz, bu günahsız insanın nahaq tökülən qanı təsirsiz qalmayacaq və tezliklə Allahın intiqam əli hakim dairəni yaxalayacaq.
Bu bəyanatdan sonra xarici informasiya vasitələri Ali Rəhbərin bəzi ifadələrini xüsusi olaraq işıqlandırmağa çalışıblar. INDEPENDENT qəzeti ön səhifəsində “İlahi intiqam” başlığı ilə İranın Ərəbistanın hakim dairəsinə xəbərdarlığı və o cümlədən, Ali Rəhbərin bəyanatına xüsusi yer ayırıb. Xəbərdə tez bir zamanda İslam ümməti tərəfindən şeyx Nimrin edamına reaksiyasına, İranda bu məsələ ilə əlaqədar Ərəbistan səfirliyi önündə keçirilən etiraz aksiyasına və İran rəhbərliyinin Ərəbistana ciddi xəbərdarlığına toxunulub, həmçinin “siyasi xəta” ifadəsini xüsusi qeyd edərək Ərəbistanın bu addımını pisləyib.

بازتاب گسترده سخنان رهبر انقلاب در واکنش به اعدام شیخ نمر

EBC Net xəbər portalı da, Ali Rəhbərin bəyanatını geniş şəkildə işıqlandıraraq xalqın bu məsələyə etirazını, o cümlədən Ərəbistan səfirliyinə yürüşünü və 40 nəfərə yaxın adamın həbs edildiyini qeyd edib. Həmçinin Ali Rəhbərin fikirləri əsasında Ali-Səudun devrilmə ehtimalını da, proqnoz verib.
بازتاب گسترده سخنان رهبر انقلاب در واکنش به اعدام شیخ نمر


DAILY Maverick ROUTERS-ə istinadən Rəhbərin bəyanatından sonra regionda baş verənləri işıqlandırmağa çalışıb və Ərəbistanın edam etdiyi fərdlər haqda məlumat yayıb.

بازتاب گسترده سخنان رهبر انقلاب در واکنش به اعدام شیخ نمر

GUARDIAN “İran Ərəbistana ilahi intiqamla xəbərdarlıq edir!” başlığı altında Ali Rəhbərin bəyanatına toxunaraq bunu onun həmişəki xəbərdarlıqlarından biri kimi qeyd edib. GUARDIAN Ərəbistanın, guya, əl-Qaidəyə qarşı sərt mövqeyindən və onlara qoşulanlar arasında sünni və şiəyə əhəmiyyət vermədiyi qeyd etsə də, sonda Rəhbərin buyruqlarına istinad edərək şeyx Nimrin günahsız bir insan olduğunu, heç kəsi silahlı qruplaşmalara qoşulmağa təşviq etmədiyini və özünün hər hansı gizli bir hadisədə əli olmadığını, sırf ictimai tənqidləri ilə mübarizə apardığını da, vurğulayıb.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber