Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Ərəbistanın şərqində xalq Ali-Səudun devrilməsini tələb edib!

Nuraz.in farsnews.com-a istinadən:
Ərəbistanın şərqindəki Qətif vilayətinin əl-Əvamiyyə şəhərində yüzlərlə insan aksiya keçirərək hakim rejimin devrilməsini tələb edib. Şeyx Baqir əl-Nəmirin edamından sonra qəzəblənən xalq şəhərin küçələrinə axışaraq “Ali-Səuda ölüm olsun!”, “Xalq bu rejimin devrilməsini tələb edir!” və s. şüarlar səsləndirib.
Əl-Əvamiyyə şəhəri şərq polis dairəsinin verdiyi məlumata əsasən, ötən gecə naməlum şəxslərin təhlükəsizlik orqanlarına atəşi zamanı adi vətəndaşlardan bir nəfər ölüb və bir uşaq da, yaralanıb.
Şeyx Nəmirin şəhadətindən sonra Ərəbistanın şərqində vəziyyətin gərgin olduğu bildirilir. Ötən gün Hizbullah təşkilatının baş katibi seyid Həsən Nəsrullah da, Ali-Səudu bu edama görə şiddətli tənqid edib, onları terrorizmin baniləri adlandırıb və İslam ümmətini onlarla qəti etiraza çağırıb.



1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber