Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

İraqda yaşayış məntəqəsi İŞİD-dən təmizlənib

İraqın təhlükəsizlik qüvvələri Ənbar əyalətinin Hadisə rayonunun Bervanə yaşayış məntəqəsini terrorçu İŞİD qruplaşmasından təmizləyib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyinin yazılı açıqlamasında bildirilib.
Bervanədəki təhlükəsizlik idarəsinin rəisi polkovnik Ziyad ən-Nemravinin sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin havadan endirdiyi zərbələr, İraq təhlükəsizlik gücləri, hökumətyönlü könüllülərin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış məntəqəsi terrorçulardan təmizlənib.
Məlumata görə, atışmalar nəticəsində 22 terrorçu zərərsizləşdirilib, 7 hökumət əsgəri həyatını itirib, 37 döyüşçü isə yaralanıb.
1914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı