Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Bir neçə telekanal fəaliyyətini dayandıra bilər

Yaxın vaxtlarda bir neçə telekanal bağlana bilər. Telekanallardan birində çalışan adının çəkilməsini istəməyən həmkarımız deyir ki, böhran artıq televiziyaların da işinə ciddi təsir göstərib.

Onun sözlərinə görə, xüsusilə sponsor hesabına yayımlanan verilişlərin tezliklə bağlanacağı gözlənilir. “Artıq sponsorlar verilişlərə maliyyə vəsaiti ayırmaqdan imtina edirlər. Bu maliyyə böhranı ilə izah olunur. Verilişlərin bağlanması telekanallarda boşluq yaradacaq.

Boşluğu doldurmaq isə o qədər də asan olmayacaq. Digər tərəfdən reklamlar da artıq azalmağa başlayır. Bu da telekanalların büdcəsinə ciddi zərbə olacaq. Bir neçə telekanalın fəaliyyətini dayandıracağı gözlənilir”, – deyə mənbəmiz bildirir.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq